Aktual

Ukrayna Rusiya şəhərlərini bombaladı

Ukrayna Rusiya şəhərlərini bombaladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün gecə saatlarında Kiyev kasetli döyüş sursatları olan “Toçka-U” raketləri və Tu-143 pilotsuz təyyarələri ilə Belqorodla Kursk şəhərlərinin yaşayış məntəqələrini bombalayıb.

7Times.az  xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, raket zərbəsi məqsədyönlü şəkildə planlaşdırılıb və Rusiya şəhərlərinin mülki əhalisinə qarşı həyata keçirilib.

Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkovun sözlərinə görə, ukraynalıların Belqoroda atdığı hər üç “Toçka-U” ballistik raketi Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən havada məhv edilib:

“Ukrayna raketlərindən birinin parçaları şəhərdəki yaşayış binasının üzərinə düşüb.Həmçinin, hava hücumundan müdafiə qüvvələri Kurska yaxınlaşarkən partlayıcı ilə doldurulmuş iki Tu-143 reaktiv təyyarəsini vurub”.

İyulun 3-də Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Belqorodda fərdi yaşayış binasında yanğın baş verdiyini bildirib. hava hücumundan müdafiə sisteminin işlədiyi ehtimal edilir.

Bildirilib ki, şəhərdə 11 çoxmənzilli bina qismən dağılıb, azı 39 fərdi yaşayış binasına da ziyan dəyib.

Biri uşaq olmaqla 4 nəfər yaralanıb. 3 nəfərin öldüyü barədə də məlumat var.