Aktual

Ukrayna yalnız bu 5 şərtlə qalib olacaq

Ukrayna yalnız bu 5 şərtlə qalib olacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın hazırda ehtiyac duyduğu 5 əsas istiqamət var.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk danışıb.

“Birinci istiqamət Rusiyaya qarşı ciddi və sərt sanksiyalar siyasətinin dəstəklənməsidir. İstisna, xüsusi şərtlər yoxdur”, – spiker söyləyib.

O vurğulayıb ki, işğalçı və müharibə maşınının iqtisadi dayaqlarını sındırmağa imkan verəcək aydın sanksiyalar siyasəti lazımdır:

“Yəni biz embarqodan danışanda bütün enerji daşıyıcılarına məhdudiyyətin tətbiq edilməsini, SWIFT-dən çıxarılmanın bütün bankları əhatə etməsini, limanlar dedikdə Rusiyanın gəmiləri ilə bağlı bütün əməliyyatları nəzərdə tuturuq. Heç bir istisna, iqtisadi maraq, gizli iqtisadi fayda olmamalıdır.

İkinci istiqamət Ukraynanın iqtisadi və maliyyə dəstəyidir, çünki müharibə səbəbindən Ukrayna iqtisadiyyatı tam gücü ilə işləyə bilmir.

Üçüncü istiqamət bizim üçün son dərəcə vacibdir – bu, Avropaya inteqrasiyamızın dəstəklənməsidir. Ukrayna xalqı Avropaya inteqrasiyaya layiqdir”.

Parlamentin sədri dördüncü istiqamət olaraq Ukraynaya hərbi dəstəyin zəruriliyini qeyd edib:

“Bizim üçün həlledici olan beşinci istiqamət Ukraynanın bərpası üçün baş planın qurulmasıdır. Ancaq belə bir plan Ukraynanın bərpasından deyil, Ukrayna ilə birlikdə Avropanın bərpasından bəhs edəcək”.