Aktual

Ukraynada bir sutkada 250-yə yaxın Rusiya hərbçisi öldürülüb

Ukraynada bir sutkada 250-yə yaxın Rusiya hərbçisi öldürülübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Ukrayna müharibəsində sarsıdıcı itkilər verməkdə davam edir.

Lent.az xarici mediaya istinadla bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, təkcə son 24 saat ərzində 250-yə yaxın Rusiya hərbçisi məhv edilib. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın dörd raketini vurub və onlarla texnikasını sıradan çıxarıb.

Qeyd edilir ki, Rusiya tərəfi uzun müddətdən sonra ilk dəfə belə dağıdıcı itkilər veriblər. Son günlər Rusiya ordusu hər gün 100-200 hərbçisini itirir. Mayın 28-dən bəri isə bir gündə 250-yə yaxın Rusiya hərbçisinin ölməsi barədə isə məlumat verilmirdi.