Aktual

Ukraynada əsir düşən azərbaycanlı tələbə vətənə qayıtdı – FOTO

Ukraynada əsir düşən azərbaycanlı tələbə vətənə qayıtdı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynada Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev vətənə qayıdıb.

Sfera.az-ın xəbərinə görə, tələbənin atası Amin Abdullayev məlumat verib.

Belə ki, H. Abdullayev əvvəlcə Polşaya, ordan isə Macarıstan vasitəsilə Bakıya gəlib.

Xatırladaq ki, Neftçala rayon sakini olan H.Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən girov götürülmüşdü. Bir həftə öncə isə Rusiya hərbçilərinin girovluğundan azad olunan tələbə Azərbaycan diaspor nümayəndələrinə təhvil verilmişdi.