Aktual

Ukraynada Rusiya hərbçilərinin dəfn edildiyi yer tapıldı

Ukraynada Rusiya hərbçilərinin dəfn edildiyi yer tapıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkov vilayətinin Olxovka kəndində Rusiya hərbçilərinin kütləvi məzarlığı aşkar edilib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar Departamentinin aprelin 9-dakı məlumatında deyilir.

“Rusların özlərininkiləri tərk etməmələri haqqında mif tamamilə məhv edilib. Xarkov yaxınlığındakı Olxovka kəndində Rusiya hərbçilərinin kütləvi məzarlığını aşkar edilib”, – məlumatda vurğulanır.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri martın 30-da Xarkov yaxınlığında Rusiya Silahlı Qüvvələrinin 59-cu tank alayının 138-ci motoatıcı briqadasının iki batalyon taktiki dəstəsini və birləşmiş tabor taktiki qrupunu məhv edib.

Baş Qərargahın aprelin 9-na olan məlumatına görə, Ukraynadakı müharibə zamanı 19100-ə yaxın Rusiya hərbçisi həlak olub.