Ölkə

Umayra Tağıyevadan hava şəraiti ilə bağlı MÜHÜM AÇIQLAMA

Umayra Tağıyevadan hava şəraiti ilə bağlı MÜHÜM AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uzun sürən yüksək temperatur şəraiti fonunda quraq havaların üstünlüyü meşələrimizdə yanğın təhlükəsini yüksəldir”.

 

7Times.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya xidmətinin rəhbəri Umayra Tağıyeva bildirib.O qeyd edib ki, məzuniyyət və qısamüddətli istirahətini meşəlik ərazilərdə keçirmək istəyənlərin sayının çox olması, bəzi insanların məsuliyyətsizliyi yanğın təhlükəsini daha da artırır: “Təbii ki, yağış yağdıqda, torpaq nəm olduqda yanğın təhlükəsi ehtimalı azalır. Lakin son dövrdə davam edən quraq və qızmar hava şəraiti meşə yanğınları ehtimalını artırır. Yanğın təhlükəli meteoroloji şərait fonunda hətta səhlənkarlıq nəticəsində quru otların yandırılması, söndürülməmiş atılan kibrit çöpü və siqaret belə yanğın fəlakətinə səbəb ola bilər. İstirahətə gələnlər tərəfindən ocaq və manqalların qalanması da təhlükə mənbəyidir. Meşələr xalqın sərvətidir. Eyni zamanda unikal ekosistemdir. Hamılıqla məsuliyyətli olaq və meşələrimizi qoruyaq”.