Aktual

“Ümid edək ki, İrəvan dərs çıxaracaq” – Siyasi şərhçi

“Ümid edək ki, İrəvan dərs çıxaracaq” – Siyasi şərhçibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Ermənistanda Qərblə Kremlin toqquşması gedir”.

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. Müsahibimiz qeyd edib ki, İrəvan Moskvanın təsirindən çıxmağa çalışır, lakin manevrlər Ermanistan baş naziri Nikol Paşinyana heç də asan başa gəlmir:

 

“Bu, hər iki tərəfdən təzyiqlərlə nəticələnir.  Belə olan halda Türkiyə ilə diplomatik münasibətlərin bərpası Ermənistanın təhlükəsizliyi üçün yaxşı imkandır. Amma Paşinyan Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sözlərini unutmamalıdır: “Azərbaycan bizim qırmızı xəttimizdir”. Yəni Paşinyan bilməlidir ki, Qarabağda və sərhəddə təxribatların davam etməsi regional, o cümlədən Türkiyə ilə münasibətlər müstəvisində etimad mühitinə zərbə vurur. Deməli, təxribatların arxasında kimin, hansı qüvvənin, məsələn müxalifətin, Rusiyanın dayanmasından asılı olmayaraq hakimiyyət provokasiyalara son qoymağa çalışmalıdır”.

Ekspert bildirib ki,  Türkiyə ilə münasibətlər Ermənistanın gələcəyi üçün “təhlükəsizlik yastığı” ola bilər:

 

“Paşinyan administrasiyası bu fürsəti əldən verməməli, əksinə, Türkiyə ilə diplomatik münasibətlərin ən qısa vaxtda bərpasına çalışmalıdır. Bu isə həm də Azərbaycanla münasibətlərin normallaşması prosesindən keçir. İrəvan ərazi iddialarını, sabotajları davam etdirsə, Ankara ilə münasibətlərin bərpası mümkün olmayacaq. Bir gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu da Ermənistana mesajlar vermişdilər. Ümid edək ki, İrəvan bundan dərs çıxaracaq”.