Sosial

Unun qiymətinin düşməsi çörəyin ucuzlaşmasına təsir edibmi? – AÇIQLAMA

Unun qiymətinin düşməsi çörəyin ucuzlaşmasına təsir edibmi? – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən sosial şəbəkələrdə məlumat unun qiymətinin enməsi ilə bağlı xəbər yayılıb. Yayılan məlumatda qeyd olunub ki, unun qiymətini 41 manatdan 38 manata endirilib. Dünyanın taxıl bazarındakı mövcud vəziyyətlə əlaqədar və rublun manata nisbəti nəzərə alınmaqla Azərbaycanda unun bir tonunun qiyməti 55 manat ucuzlaşıb.

Məsələ ilə bağlı Azad İstehlakçılar İB-nin sədri Eyyub Hüseynovla Bizim.Media-ya danışıb.

O, qeyd edib ki, unun bir kisəsində qiymətlər 3 manat yox, cəmi 1 manat aşağı düşüb:

“Birliyimiz yayılan informasiyanı dəqiqləşdirmək üçün araşdırma aparıb. Məlum olub ki, qiymətdə cəmi 1 manat enmə var. Bu da çörəyin qiymətinin aşağı düşməsinə səbəb ola bilməz.

Ən yaxşı halda bu, çörəyin keyfiyyətinə təsir edə bilər. Çörəyin qiymətinin aşağı düşməsi üçün unun bir kisəsinin qiymətinin 10-15 faiz aşağı düşməsi gərəkdir. Təsadüfi deyil ki, çörəyin qiymətinin aşağı düşməsi faktı hələ qeydə alınmayıb”.

7Times.az