Qarabağ

“Unutmayaq ki, öz torpağına – Ağdərə şəhərinə gedən qalib Azərbaycan əsgərinin boynundan basıb Xankəndindəki zindana aparan ermənidir…”

“Unutmayaq ki, öz torpağına – Ağdərə şəhərinə gedən qalib Azərbaycan əsgərinin boynundan basıb Xankəndindəki zindana aparan ermənidir…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Söhbət ondadır ki, hər hansı uğurdan, qələbədən sonra qətiyyən eyforiyaya, haya-küyə qapılmaq olmaz…”
“Düşməni elə vur ki, bir də özünə gəlməsin…”
Son günlər bəzi “şərhçi”, “politoloq”,  nə bilim, “ekspert”-filan adlananlar Azərbaycan Ordusunun Gorus-Qafan yolunu bağlamasını elə hay-küylə təqdim edirlər ki,  guya artıq Naxçıvana, Türkiyəyə Zəngəzur dəhlizi açıldı, qaçqınlarımız İrəvana, Basarkeçərə, Göyçəyə qayıtdı, üstəlik, Xocalını, Xankəndini, Əsgəranı, Ağdərəni, Xocavəndi, Laçını da azad etdik…
İnşallah, Allahın köməyi, dövlətimizin, ordumuzun, xalqımızın gücü, dostlarımızın dəstəyi ilə bunların hamısını edəcəyik. Amma bunun üçün zaman və görüləcək neçə-neçə tədbir lazımdı… Odur ki, hələ arxı hoppanmamış “hop” demək, “çay gəlməmiş çırmanmaq”, “yay gəlməmiş qızmağ”a gərək yoxdu…
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin! Torpaqlarımızın çoxunu azad etsək də, unutmayaq ki, hələ düşmənlərimiz tam əzilməyib və ayaqdadır. Hələ ərazimizin xeyli hissəsində yağılar meydan sulayır. Hələ  Laçında, Xankəndində, Xocalıda oturan Moskvanın  İrəvanla birgə  “armud üstündə min bir kələyi var”… Hələ Qarabağdakı neçə tarixi, halal yurdumuzun adını Rusiya Müdafiə Nazirliyinə öz dilimizdə yazdıra bilmirik… Deyirik, Laçın rayonu bir güllə atmadan azad olunub, amma  hələ Laçın  şəhərindən və “humanitar dəhliz”ə düşən kəndlərimizdən Azərbaycan bayrağını endirib keçirik… Hələ rəsmən Kəlbəcər, Ağdam, Tərtər rayonlarının ərazisinə daxil olan onlarla kəndimiz faktiki Ermənistanın işğalı altındadır… Hələ Andranik adlı bir livanlı erməni dığası Laçın rayonunun vaxtilə xalq qəhrəmanı Sultan bəyin təkqulaq Andranikin qoşununu darmadağın etdiyi Zabux dərəsində fironluq edir, “bura gələn Azərbaycan əsgərinin başını daşla əzərəm”- deyir…
Biz Şuşaya Rusiya hərbçilərinin müşayiəti ilə gedib-gələ biliriksə, ermənilər də  Laçından keçib Xankəndinə, Xocalıya, Əsgərana, Ağdərəyə, Xocavənd şəhərinə və s. gedib-gəlirlər… Elə dünən –avqustun 29-da da Ermənistanın daha bir naziri Xankəndinə gəldi…. Hələ Şuşa rayonunun, azı 4 kəndində, 1 qəsəbəsində ermənilər yaşayır və qanunsuz erməni silahlı dəstələri yaşayır… Hələ ermənilər Xocalıda Ağoğlandan(Hadrut) köçmüş ermənilər üçün binalar, həyət evləri tikir… Hələ Xocavənddə dünyaca məşhur erməni faşist terrorçuları Qaregin Njdenin və Monte Melkonyanın heykəlləri yerindədir… Unutmayaq ki, Tərtər rayonunun Ağdərə şəhərinə gedən, Şuşanın azad olunmasında iştirak etmiş qalib Azərbaycan əsgərinin boynundan basıb Xankəndindəki zindana aparan ermənidir…  Hələ vəzifə kürsülərindən dördəlli yapışanların, milli mənafelərimizi paraya, ziyafətlərə satanların sayəsində xalqımızın, Vətənimizin müdafiəsinə cavadeh əsas qurumumuzun üzvlərinə işgəncə verdirən, onları qətlə yetirən “KQB-QRU” şəbəkəsinin erməni mənşəli, Moskvapərəst və ermənipərəst üzvləri ifşa olunub cəzalanmayıb – azadlıqda gəzir…
Yenə deyirik, qətiyyən 44 günlük savaşda və ondan sonra qazandığımız uğurlara kölgə salmaq niyyətimiz yoxdur. Qarabağda Zəfər yolunun, digər yolların çəkilişi, Füzuli hava limanına ilk təyyarəmizin enməsi, Zəngilanda, Laçında da aeroportların tikintisinə hazırlıq getməsi, Şuşada neçə-neçə binanın, obyektin açılışı və s. əladır, gözəldir… Amma söhbət ondadır ki, hər hansı uğurdan, qələbədən sonra qətiyyən eyforiyaya, haya-küyə qapılmaq olmaz. Axı biz bunu yaxın tariximizdə dəfələrlə yaşamışıq… 1991-ci ildə Gəncə, Göygöl  və Şuşa, Laçın ətrafındakı erməni kəndlərindəki terrorçuları  çıxaranda da, 1992-ci ilin yay-payızında düşməni Xankəndinin 5-10 kilometrliyinə, Laçın şəhərinin düz yanına qədər qovaraq Qarabağ və Şərqi Zəngəzurun böyük bir hissəsini azad edəndə də eyforiyaya qapılmışdıq… Axırı nə oldu?..
Unutmayaq ki,  hələ Xankəndindəki, İrəvandakı da ermənilər də yerindədir, onlara dəstək verən Moskva da, Paris də, yeri gələndə Vaşinqton da… Özü də düşmənimiz yalnız erməni deyil axı… Əsas düşmənlər ermənini tarixən bizə düşmən edərək onlardan alət kimi Azərbaycana, Türkiyəyə qarşı yararlanan beynəlxalq transmilli güclər, super dövlətlərdir… Və ən qorxulu yağılar da 44 günlük savaşda da bizə silah və kəşfiyyat, eləcə də siyasi dəstək verən dost cildindəki düşmənlərdir… Onların hamısı 1-ci Qarabağ savaşında ermənistanın yanındaydı və sabah məqam yetişsə, yenidən eyni mövqeyə qayıdacaqlar… Unutmayaq ki, hələ Rusiya da, Fransa da, ABŞ da öz maraqları, Azərbaycanı, Türkiyəni daim təzyiq altında saxlamaq naminə ermənilərin “Artsax” və “Böyük Ermənistan” uğrundakı “mübarizəsi”ni yenidən – sıfırdan başlatmaq istəyirlər…
Və elə atalar sözlərindən sitat gətirmişkən, dədələrimizin düşmən haqqında da bir neçə sözlərini xatırladım və hay-küyçülərə, nə bilim, züyçülərə də xatırlatmaq istədim. Oxuyun və min illərlə sınanmış bu kəlamların mahiyyətinə varın:
Düşmən qarışqa da olsa, sən onu fil say…
Min dost azdır, bir düşmən – çox…
Dost bir, düşmən on bir… 
Düşmən qaçarkən qarğalar cürətlənər…
Düşməni yumşaqlıqla dost edən ağıllıdır…
Düşmən gücsüz olsa da, ehtiyatı əldən vermə…
Qarı düşmən dost olmaz…
Düşməni elə vur ki, bir də özünə gəlməsin…