Ölkə

Uşaqlarda koronavirusun yaratdığı fəsadlar bunlardı

Uşaqlarda koronavirusun yaratdığı fəsadlar bunlardıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“COVID-19 virusu bütün yaş qruplarına təsir edə bilər eləcə də uşaqlara. Xüsusilə ətraflarında yoluxmuş şəxslərin olması uşaqları COVID-19 infeksiyasına gətirib çıxara bilər”.

Bunu Lent.az açıqlamasında 15 saylı uşaq poliklinikasının şöbə müdiri həkim pediatr Şükufa Əlikişibəyova bildirib.

Həkim qeyd edir ki, uşaqların bu xəstəlikdən təsirlənmədikləri və koronavirusun erkən mərhələlərində ciddi xəstəliklərə tutulma ehtimallarının daha az olduğu düşünülsə də, son zamanlar uşaqların da koronavirusdan mənfi təsirləndiklərinin şahidi oluruq.

Valideynlər uşaqlarda koronavirusun hansl simptomlarla müşahidə edildiyindən və bu əlamətlərin onların səhhətində hansı problemi yaradacağılndan narahatdır.

Şükufə Əlikişibəyova bildirir ki, ilk öncə uşaqlarda koronavirus müxtəlif simptomlarla görülə bilər:

“Bəzilərində klinik əlamətlər olmasa da, bəzilərində kəskin yuxarı tənəffüs yollarının infeksiyası simptomları ola bilər. Bəzi uşaqlarda ishal və qarın ağrısı kimi həzm problemləri yanaşı görülə bilir. Uşaqlarda bəzən yüksək hərarət, öskürək, bəlğəm, sinədə xırıltı və bədən də səpkilərin olması da koronavirus göstəricisidir. Koronavirus bir həftə ərzində irəlilədikdə və müalicə edilmədikdə ciddi problemlərə hətta ürəklə bağlı problemlər və qan laxtalanma problemlərinə rast gəlinir. Bu simptomlar hətta həyatı təhdid edə bilər”.

Koronavirusun birinci dalğasında uşaqlarda virusa yoluxma ehtimalı demək olar ki, sıfıra bərabər idi. Lakin zamanla mutasiyaya uğrayan virusun artıq uşaqlar arasında yoluxma halları müşahidə olunur. Dünyada və Azərbaycan bir çox körpələr koronavirusdan əziyyət çəkir. Bəzi Avropa ölkələri uşaqları koronavirusdan qorumaq üçün peyvəndlənmə prosesinə start verib. Bu ölkələrdə 12 yaşdan başlayaraq uşaqlar peyvənd olunur. Hazırda bu qərar Türkiyədə müzakirə olunur.

Qeyd edək ki, Azərbaycanda uşaqların peyvənd olunması ilə bağlı hansısa qərar verilməyib. Ölkədə uşaqlar arasında koronavirusdan ölüm halı qeydə alınmayıb.