Aktual

ÜST Ukraynaya 20 yolsuzluq tipli təcili yardım maşını verib

ÜST Ukraynaya 20 yolsuzluq tipli təcili yardım maşını veribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukraynanın Səhiyyə Nazirliyinə hətta ən çətin ərazilərdə belə hərəkət edə bilən 20 yolsuzluq tipli təcili yardım maşını verib.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ÜST-nin Ukrayna üzrə mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, təşkilat artıq Ukraynaya 393 ton tibbi ləvazimat və avadanlıq çatdırıb. Bu həcmin 167 tonu ölkənin şərqində, cənubunda və şimalında artıq təyinat yerinə çatıb.