Manşet

“Vaksin siyasəti, “maska “şizofreniya”sı gülüş və qəzəb doğurur” – Natiq Cəfərli

“Vaksin siyasəti, “maska “şizofreniya”sı gülüş və qəzəb doğurur” – Natiq Cəfərlibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumdünya Səhiyyə (əslində, cinayət) Təşkilatı  – ÜST, dünyanı dolamaqda davam edir, pandemiyanın bitməsinə imkan vermir, insanlığı qorxu altında saxlamağa çalışır, artıq suallar, məntiqsizlik o qədər artıb ki, bunun altından çıxa bilməyəcəklər. Vaksin siyasəti də, PSR yanaşması da, maska “şizofreniyası” da artıq gülüş və qəzəb doğurur”.

7times.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli qeyd edib ki, yeni ştamm məsələsini ortaya atıblar, adını da “omikron” qoyublar: “Yunan əlifbasının 15-ci hərfidir, əvvəl 13-cü hərf olan “nyu” adlandırmaq istəyiblər, sonra görüblər ki, səslənməsinə görə ingilis dilindəki “new” (yeni) sözünə oxşayır, qarışıqlıq yarada bilər, ona görə imtina ediblər. Sonra Yunan əlifbasının 14-cü hərf olan “ksi” hərfindən də imtina ediblər, çünki Çinin xətrinə dəyə bilərdi, deyiliş olaraq Çin rəhbərinin soyadına (yoldaş Si) oxşayırdı, Çin isə ÜST-ün ən böyük donorlarından biridir. Ona görə də 13 və 14-cü hərfləri buraxıb yeni ştamma “omikron” adı qoydular ki, heç kəsin xətrinə dəyməsin, dolayıblar camaatı… Ən maraqlı bilirsiz nədir?! Bu virus bəlası bitdikdən sonra məlum olacaq ki, ilk gündən çayxanalarda edilən İQ səviyyəsi aşağı söhbətlər, tezislərlər haqlı çıxacaq, biz-onları ələ salanlar, aşağıyalanlar isə mat-məətdəl qalacağıq. Bu gün dünyada elə bir “virus şizofreniyası” yayırlar ki, ağıllı adamlar, İQ səviyyəsi yüksək olanlar sual verə bilməsinlər, sorğulamasınlar, həmin an onları “çayxana səviyyəsi” ilə təhdid edir, hədəfə çevirir, gözdən salırlar. Dünyaya bir baba-igid, böyük, çəkili dövlətin rəhbəri lazımdır ki, əlini masaya çırpıb, “bəsdirin”, desin. Hələki, elə birisi görünmür, yunan əlifbasında isə hərflər bitmək üzrədir…” Pravda.az