Ölkə

Vaksinasiyadan keçənlərin sayı açıqlandı

Vaksinasiyadan keçənlərin sayı açıqlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 306 vaksin vurulub.

7Times.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 188, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 869, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 25 249 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 11 471 597, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 181 783, ikinci mərhələ üzrə 4 692 515 nəfər təşkil edir.

Ümumilikdə isə 1 597 299 “buster” doza vurulub.