Manşet

Vasif Talıbovun ən yaxın adamı DANIŞDI

Vasif Talıbovun ən yaxın adamı DANIŞDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

 

 

Vasif Talıbovun ən yaxın adamı DANIŞDI

 

 

7times

 

 

 

 

Naxçıvan Muxtar Respublikasında başlanan antikorrupsiya əməliyyatlarında saxlanılan və istintaqa cəlb olunan şəxslərin sayı artmaqdadır. Sosial şəbəkələrdə və mediada yazılan xəbərlərdə yaxın zamanlarda həbsi gözlənilən şəxslərdən birinin də Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Bəxtiyar İsmayılovun olacağı deyilir.

 

Bu barədə xəbərlərdə iddia olunur ki, B.İsmayılov hər ay sahibkarlardan, xüsusən də iri şirkətlərdən külli miqdarda rüşvət toplayırmış. Gununsesi.info-ya açıqlamasında Bəxtiyar İsmayılov barəsindəki iddialara münasibət bildirib.

 

O, haqqında danışılanları “böhtan” adlandırıb: “Məni niyə həbs etməlidirlər ki? Boş-boş söhbətlərdir, öz iş-gücümlə məşğulam. Mən nə etmişəm ki, tutsunlar”.