Aktual

Vaşinqton Ukraynaya döyüş təyyarələri, tanklar, HHM və artilleriya vasitələri göndərir

Vaşinqton Ukraynaya döyüş təyyarələri, tanklar, HHM və artilleriya vasitələri göndərirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ Konqresinin Nümayəndələr Palatası cümə axşamı, aprelin 28-də Ukrayna üçün Lend-Liz haqqında qanunun qəbuluna səs verib. 417 konqresmen “lehinə”, 10-u isə “əleyhinə” səs verib. Sənədin qüvvəyə minməsi üçün onun prezident Co Bayden tərəfindən imzalanması lazımdır.
Moderator.az-ın məlumatına görə, bu barədə CNN xəbər verir.
Ekspertlərin fikrincə, Lend-Liz nəticəsində və ABŞ-ın Ukraynaya əvvəllər elan etdiyi 20 milyard dollarlıq hərbi yardımın bir hissəsi kimi Kiyevə üçüncü nəsil M1A2 “Abrams” tankları; M2A3 “Bradley” piyada döyüş maşınları; M109A6 “Paladin” özüyeriyən artilleriya qurğuları; təkərli şassi üzərində HIMARS yaylım atəşli reaktiv sistemləri; universal MLRS M270 YARS atıcı qurğuları;  Norveçin NASAMS 2 hava hücumundan müdafiə sistemi; “Patriot” ZRK; 4-cü nəsil F-16 C/D çoxfunksiyalı yüngül qırıcıları; S-300 hava hücumundan müdafiə sistemi veriləcək. .
Amerikalı analitiklərin fikrincə, Lend-Lizin dirçəldilməsi böyük tarixi əhəmiyyət kəsb edir, çünki 1941-ci ildə belə bir təşəbbüs müttəfiqlərə İkinci Dünya Müharibəsində nasist Almaniyasını məğlub etməyə imkan verən həlledici amilə çevrilmişdi.