Ölkə

Vilayət Eyvazov onu generala müavin TƏYİN ETDİ – FOTO

Vilayət Eyvazov onu generala müavin TƏYİN ETDİ – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni təyinat olub.

 

7Times.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Mansurov DİN-in Polis Akademiyası rəisinin birinci müavini vəzifəsinə təyinat alıb.

V.Mansurov bu təyinatadək Polis Akademiyasında müəllim işləyib.

 

Qeyd edək ki, DİN-in Polis Akademiyasının rəisi polis general-mayoru Canpolad Daanovdur.