Aktual

Volodimir Zelenski ABŞ-a gedəcək

Volodimir Zelenski ABŞ-a gedəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də Rusiyanın Ukraynaya hücumunun birinci ildönümü ərəfəsində BMT Baş Assambleyasında çıxış etmək üçün Nyu-Yorka səfər edəcək.

Bu barədə “Report”un yerli bürosu BMT-nin yüksək mənbələrindən məlumat əldə edib.

Məlumata görə, ötən həftə Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova Prezident Zelenskinin BMT Baş Assambleyanın yüksək səviyyəli iclasında çıxış etmək üçün BMT-yə gəlmək niyyəti olduğunu açıqlamışdı.

Mənbə bildirib ki, buna cavab olaraq BMT rəsmiləri Prezidentin istəyini yüksək qiymətləndirib və onun Baş Assambleyada çıxış etmək üçün dəvət edib.

Təhlükəsizlik vəziyyəti uyğun olacağı təqdirdə Prezidentin Nyu-Yorka gəlişi planlaşdırılır.