Manşet

Vüqar Qurbanov ÜST-ün Azərbaycan nümayəndəliyinin təmsilçisini qəbul edib

Vüqar Qurbanov ÜST-ün Azərbaycan nümayəndəliyinin təmsilçisini qəbul edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov ÜST-ün Azərbaycan nümayəndəliyinin təmsilçisi, PROACT-Care layihəsinin rəhbəri İbrahim Durak və qurumun məsul şəxslərini qəbul edib.

TƏBİB-dən Apa-ya verilən xəbərə görə, görüş zamanı Vüqar Qurbanov istər COVID-19-la mübarizə tədbirləri, istərsə də ölkədə səhiyyə yönümlü tədbirlərin həyata keçirilməsində ÜST-ün rolunun vacibliyindən bəhs edib. İdarə Heyətinin sədri Şamaxı rayonunda icra olunan PROACT-Care layihəsinin bölgələrdə səhiyyə xidmətinin əlçatanlığı baxımında olduqca böyük rola malik olduğunu bildirib.

İbrahim Durak isə layihə çərçivəsində Şamaxıda ilkin səhiyyə xidmətinin səviyyəsinin qiymətləndirilməsi ilə bağlı əhali arasında bir həftə ərzində həyata keçirilən təhlil, onun nəticələri və növbəti mərhələlərdə bu sahədə atılacaq addımlar barədə geniş məlumat verib.

Sonda tibb işçilərinin biliklərinin artırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması istiqamətində mümkün variantların müzakirə edilməsi üçün bu kimi görüşlərin müntəzəm keçirilməsi barədə razılıq əldə edilib.

Mənbə: Apa.az