Sosial

Vüsalın atası “Topçu” arağının istehsalına qarşı çıxdı

Vüsalın atası “Topçu” arağının istehsalına qarşı çıxdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mənimlə əlaqə saxladılar və bildirdilər ki, Vüsalın fotosu olan məhsul istehsal etmək istəyirlər, razılıq verdim”.

7times.az xəbər verir ki, bu sözləri topçu Vüsalın atası İslam Şahkərimov Modern.az-a açıqlamasında oğlunun təsviri olan “Topçu” arağına münasibət bildirərkən deyib.

O qeyd edib ki, bunun üçün şirkətlə hansısa müqavilə imzalanmayıb və ödəniş olunmayıb: “Amma indi narazılıq yarandığını görürəm. Ona görə də qərara gəldim ki, şirkətə oğlumun fotosu olan məhsulun istehsalının dayandırılması ilə bağlı müraciət edim. Çünki anlayıram ki, doğru qərar olmayıb”.