Ölkə

Xaçmaz mədəniyyət idarəsi şübhəli tender keçirdi, nazir rəisi işdən çıxardı

Xaçmaz mədəniyyət idarəsi şübhəli tender keçirdi, nazir rəisi işdən çıxardıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir gün əvvəl sosial şəbəkələrdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin kompüter proqramları və antivirus proqramlarının alınmasına dair elan etdiyi şübhəli tenderin nəticələri haqda xəbərlər yayılmışdı. Belə məlum olurdu ki, “Dövlət satınalmalarının vahid elektron portalı”ına daxil edilmiş məlumata əsasən Məmmədli Malik adlı fiziki şəxs bu tenderin qalibi olub. O, yerli mədəniyyət idarəsinə 10 min 426 manat məbləğində kompüter proqramı satıb.

Bu məbləğ təəcüblə qarşılanıb. Çünki istənilən antivirus proqramının illik ödənişi 60-70 manatdan çox deyil. Xaçmazın mədəniyyət idarəsinə gərək ola biləcək digər proqramların illik xərci isə uzağı 100-150 manat ola bilərdi. Axı idarədə uzaqbaşı ofis proqramları lazım ola bilər və orada mürəkkəb proqram təminatı tələb edən hansısa robotlaşdırılmış sistemlər-filan mövcud deyil. Yəni tenderin nəticəsindən açıq-aşkar korrupsiya iyi gəlirdi və sosial şəbəkə istifadəçiləri bu yaxınlarda təyin edilmiş mədəniyyət naziri Anar Kərimovun fakta münasibətini gözləyirdilər. (Çox güman ki, tender yeni nazirin təyinatından əvvəl elan edilib və qalib seçilib).

Bu gün məlum olub ki, nazir Anar Kərimov Xaçmaz mədəniyyət idarəsinin rəisi Ağayev Nazim Əsəd oğlunu vəzifəsindən azad edib. Virtualaz.org Mədəniyyət Nazirliyindən nazirin bu sərəncamı ilə bağlı şərh ala bilməyib, amma şübhə yoxdur ki, idarə rəisinin işdən azad edilməsi onun keçirdiyi şübhəli tenderlə bağlıdır.

virtualaz.org