Ölkə

Xalq artistinin həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür etdi

Xalq artistinin həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

7times.az-a xəbər verir Rəmişin həyat yoldaşı Trend-ə açıqlamasında qeyd edib ki, R.Hüseynov hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsindədir:

“Hazırda özüm də buradayam, həkimlər hər dəqiqə bizə məlumat verirlər, xəstənin müalicəsini diqqətdə saxlayırlar. Rəmişin müalicəsinin diqqətdə saxlanılmasına görə ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm”.