Region

“Xankəndi və Xocalını da qaytaracağıq, amma fərqli formada…” – Deputatdan mühüm AÇIQLAMA

“Xankəndi və Xocalını da qaytaracağıq, amma fərqli formada…” – Deputatdan mühüm AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra  ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub. Tədbirdə Milli Məclisin bəzi deputatları da iştirak ediblər.

30 illik ayrılıqdan sonra Azərbaycanın Mədəniyyət paytaxtına səfər edən parlamentarilər təəssüratlarını Modern.az-la bölüşüblər.

Milli Məclisin deputatı Fazil Mustafa Şuşaya səfərin onun üçün əlamətdar olduğunu söyləyib:

“Allahın lütfüdür ki, belə bir şəhərdə ayaq izlərimiz oldu. Bu sevindirici haldır. Azərbaycanın Şuşa üzərində hakimiyyətinin bərpa olunması bütün atributlarla birgə baş verir. “Xarıbülbül” festivalından sonra Vaqif Poeziya Günlərinin keçirilməsi mənalı mesajdır”.

Deputat bildirib ki, Şuşaya Azərbaycan mədəniyyətinin yenidən dirilişi kimi baxılmalıdır:

“Şuşanın bütün dağıdılmış yerlərinə ürəkağrısı ilə baxırıq. Burada erməni vəhşiliklərinin şahidi olduq. Qayıdışımız Şuşanı yenidən dirçəldəcək. Təbiət olaraq gözəldir, amma dağıdılmış yerləri görəndə ürəkağrısı ilə seyr edirsən. Bütövlükdə Şuşaya Azərbaycan mədəniyyətinin yenidən dirilişi kimi baxılmalıdır. Hər şey sanki mədəniyyət abidəsidir. Buranı həqiqətən mədəniyyət ocağına çevirmək lazımdır ki, Azərbaycanın dəyərini anlamaq istəyənlər Şuşaya gəlsin. Şəhidlərimiz böyük bir möcüzəni gerçəkləşdiriblər. Bu şəhəri geri qaytarmaq həqiqətən də möcüzədir. Bizim milli qürurumuzu uca tutdular. Bu da onların əbədi olaraq Azərbaycana verdiyi xidmət kimi xatırlanacaq”.

Deputat, həmçinin qeyd edib ki, Şuşaya qayıtdığımız kimi Xankəndi və Xocalıya da qayıdacağıq:

“Müşahidələrim onu deməyə əsas verir ki, ermənilər burada yaşaya bilməyəcəklər. Bu şərtlərdə, standartlarda yaşamaq mümkün deyil. Ən azı ona görə ki, ermənilər bütövlükdə Azərbaycanın nəzarəti altındadır. Xankəndi ayağımızın altında görünür. Bu, artıq psixoloji durumdur. Bundan qurtulmaq mümkün deyil. Axşamlar işıqlarını yandırırlar, guya orada həyat var. Amma bu həyat, ümidsiz bir həyatdır. Çox vaxt Azərbaycanda bəzi boşboğazlar deyirlər ki, Xankəndini, Xocalını niyə xatırlamırıq. Biz hamımız xatırlayırıq, onlar da bizə qayıdacaq. Amma biz bunu fərqli formada edəcəyik. Artıq psixoloji savaş gedir. Çünki burada yaşamaq istəklərini yenidən bərpa edə bilməyəcəklər. Şuşa strateji açar rolunu oynayır, Şuşadan o tərəf bitkin vəziyyətdədir. Bu, həm də o deməkdir ki, ermənilərin gələcəyi bizim əlimizdədir.  Ermənilər bunu hiss edirlər, ona görə də səbrlə digər torpaqlarımzı da qaytaracağıq. Hansı ermənilər ki, Azərbaycan vətəndaşlığını qəbul edəcəklər, onlar burada qalacaq”.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı da Şuşa səfərindən danışaraq, Qarabağda əsl bayram yaşadığını deyib:

“Çox böyük ab-hava ilə Bakıya qayıdırıq. Sanki son üç gün ərzində bayram yaşadıq. Ermənilərin viran qoyduğu yerləri öz gözlərimizlə gördük. Guya onlar Şuşanı paytaxt edəcəkdilər. Amma hər yer dağıdılmış vəziyyətdə idi. Amma Şuşa bu gün azaddır, biz onu yenidən dirçəldəcəyik”.

Vaqif Poeziya Günləri  və digər Şuşada keçirilən əhəmiyyətli tədbirlər bizim bir addımlığımızda olan Xankəndi ermənilərinə bir növ mesajdır:

“Bir-birinin ardınca Şuşada silsilə tədbirlərin keçirilməsi ermənilərə hər sahədə mesaj verir. Şuşa Bəyannaməsi, “Xarıbülbül” festivalı  və s. bunların hər biri ciddi mesajdır. Onlar görürlər ki, Şuşanın əsl sahibləri gəlib. Bu torpaqlar onların idisə, niyə daşı daş üstünə qoymayıblar? Niyə bu şəkildə xarabalığa çevirirlər?

Deməli, onlar həmişə müvəqqəti olduqlarını biliblər. Çağrılmamış qonaq olduqlarını anlayıblar. Şuşanın sahibi qayıdıb, Azərbaycan artıq öz Şuşasına qovuşub”.