Ölkə

Xankəndidən Bakıya dəhşətli foto göndərildi – GÖRÜN NƏ BAŞ VERİR

Xankəndidən Bakıya dəhşətli foto göndərildi – GÖRÜN NƏ BAŞ VERİRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Xankəndi şəhərinin feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsinə sözügedən ərazidən foto göndərilib.

7Times.az  xəbər verir ki, fotoda sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərində ekoloji terrorun davam etdiyi aydın görünür.

“Fotonu Xankəndidəki izləyicimiz göndərib. “Sülhməramlılar” Qarabağımızda ekoloji terrora göz yumurlar!” – səhifədəki paylaşımda bildirilib.

Sosial şəbəkə istifadəçiləri həmin ərazilərdə ekoloji dəhşətin yaşandığını vurğulayıblar.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı monitorinq təxribat nəticəsində baş tutmayıb.

Hazırda isə sözügedən məsələyə görə Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.Globalinfo.az