Ölkə

Xaricdən gətirilən telefon və avtomobillərin gömrük ödənişi artıb? – RƏSMİ AÇIQLAMA

Xaricdən gətirilən telefon və avtomobillərin gömrük ödənişi artıb? – RƏSMİ AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsi xaricdən gətirilən avtomobillərin və mobil telefonların gömrük ödənişinin artırıldığı haqda məlumatlara münasibət bildirib.

7times.az DGK-nın yaydığı açıqlamanı təqdim edir:

“Bəzi sosial şəbəkə istifadəçiləri xaricdən gətirilən avtomobillərin və mobil telefonların qeydiyyatı zamanı tələb olunan dövlət rüsumunun artımını gömrük ödənişlərinin artırılması kimi qələmə verir.

Dövlət Gömrük Komitəsi bildirir ki, gömrük ödənişlərində hər hansı artım yoxdur və qeyd olunan məsələ gömrük orqanlarının fəaliyyət sahəsinə aid deyil”.