Manşet

“Xəzər marker”dəki ƏMƏK RƏZALƏTİ

“Xəzər marker”dəki ƏMƏK RƏZALƏTİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz şəhərində yerləşən “Xəzər Market” mağazasında  olan işçilərin əmək hüquqları kobud şəkildə pozulur.

7times.az xəbər verir ki, mağazada çalışan əməkdaşlar rəhbərliyin müəyyən etdiyi iş qrafikinə əsasən 12 saatlıq və istirahətsiz iş rejimi ilə işləməyə məcbur edilir. Bu isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinin müvafiq tələblərinin kobud formada pozulması deməkdir.

Belə ki, Məcəllənin 89-cu maddəsinin ikinci bəndində göstərilir ki, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Həmçinin gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

”Xəzər Market” isə öz işçilərini gündəlik 12 saat olmaqla istirahətsiz çalışdırır. Burada işləyən hər işçinin ay ərzində yalnız bir gün (24 saat olmaqla) istirahət etmək imkanı olur. Qeyd edək ki, Əmək Məcəlləsinin 90-cı maddəsinin 3-cü bəndinin tələblərinə görə altı günlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. Şəhərin düz mərkəzində fəaliyyət göstərən “Xəzər Market” mağazası isə qanunvericiliyin bu tələblərini kobud formada pozaraq öz işçilərini həftəlik 84 saatlıq bir iş rejimi ilə işləməyə məcbur edir.

Mağazada çalışan işçilərin 7times.az-a verdiyi məlumata görə iş saatlarının çox olmasına baxmayaraq mağaza onlara ən minimal əmək haqqı verir. Belə ki, gündəlik 12 saat, ayda yalnız 1 gün istirahət etmək şərti ilə çalışan bir işçinin əmək haqqı 250 manatdır. Narazılığını bildirən insanlara isə təxminən bu məntiqə uyğun cavab verilir: “Malım budur, yarısı sudur, alsan da budur almasan da. Xoşun gəlmir çıx get”.

Yəqin ki, Əmək mMüfəttişliyi başda olmaq şərti ilə məsələyə aidiyyatı olan digər müvafiq qurumlar müdaxilə edərək onlarla insanı bu ağır iş rejimindən xilas edər.

Qeyd edək ki, mağazada tələbləri pozulan tək məcəllə Əmək Məcəlləsi deyil. Mağazanın vergi öhdəliklərinin müvafiq tələblərinin bilərəkdən və yaxud bilməyərəkdən pozulması ilə əlaqədar bizdə olan məlumatların isbatı və yaxud dəlili olmadığı üçün hələlik bu barədə bəhs etmirik.

Mövzunu diqqətdə saxlayacayıq.