Manşet

Xəzərdə güclü partlayış – Neft Şirkətindən açıqlama – VİDEO – YENİLƏNİB

Xəzərdə güclü partlayış – Neft Şirkətindən açıqlama – VİDEO – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir”.

7times.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov özünün feysbuk hesabında bildirib.

“Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir. Partlayış “Ümid” yatağından 10-12 km aralıda olub. SOCAR-ın heç bir platformasında partlayış baş verməyib”, – deyə SOCAR sözçüsü bildirib.

22:27

Xəzər dənizində partlayış baş verib.

7times.az xəbər verir ki, partlayışdan sonra dənizdə güclü yanğın başlayıb.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisə ilə bağlı hələlik rəsmi məlumat yoxdur.