Ölkə

Xəzərdə nərə balıqlarını ovlayan 20 nəfər saxlanılıb (FOTO)

Xəzərdə nərə balıqlarını ovlayan 20 nəfər saxlanılıb (FOTO)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən Xəzər dənizində Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi və sərhədboyu rejimin təmin edilməsi üzrə tədbirələr davam etdirilir.

7times xəbər verir ki, Baş Prokurorluq və Dövlət Sərhəd Xidmətinin birgə məlumatına əsasən, son günlər ərzində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri tərəfindən Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitələrinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nərə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edilib

Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanılıb, onlardan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri olmaları müəyyən edilib.

Qeyd edilən hüquq pozmalara yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmaları üçün Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.//Trend