Manşet

XİN-dən sərhəddəki təxribatla bağlı daha bir açıqlama

XİN-dən sərhəddəki təxribatla bağlı daha bir açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətindəki sərhəd xətti yaxınlığında təxribatı barədə məlumat yayıb. Bir qrup erməni təxribatçı Azərbaycan ərazilərinə girməyə çalışıb”.

7times.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva öz tvitter hesabında yazıb.

“Bu, növbəti təxribat xarakterli addımdır və üçtərəfli bəyanatın Ermənistanın tərəfindən pozulmasıdır!”, – deyə XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, mayın 27-də saat 3 radələrində Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və  yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər.

Həmin qruplar aşkar edilib, onların bir hissəsi qaçıb, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərkisilah edilərək saxlanılıblar.