Ofis şəraitində çalışan hər bir şəxs xroniki yorğunluqdan əziyyət çəkir. Bu, bütün günü oturmaqdan, hərəkətsizlikdən yarana bilər.
Axşam.az xəbər verir ki, bunun üçün hər gün aşağıdakıları təkrarlamaq yorğunluğu aradan qaldıracaq:
· Gündə 1 dəfə içərisinə limon şirəsi tökülmüş və 1 xörək qaşığı bal qatılmış su iç.
· Hər səhər ən az 20 dəqiqə təmiz havada gəz.
· Hər axşam yatmazdan əvvəl 1 stəkan isti süd iç.
· Həftədə 3 dəfə içərisinə dəniz duzu tökülmüş su ilə vanna et.
· Pişikotu dəmləyib, gündə 2 dəfə iç.