Sağlamlıq

Yaddaşı zəif olanlar bu vitamini yoxlatsın

Yaddaşı zəif olanlar bu vitamini yoxlatsınbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaddaş problemləri yaşayanlar B 12 vitamini ilə zəngin qidalar yeməli və ya bu vitamini qəbul etməlidirlər.

7Times.az  medicina.az-a istinadla xəbər verir ki, bunu həkim dietoloq Olqa Pavlova açıqlayıb.

B 12 vitamini beynin koqnitiv funksiyalarını yaxşılaşdırır.

Bu vitamin sinir sisteminin vitaminidir.

Orqanizmə güc, enerji verir. Yuxusuzluq, baş ağrısı, apatiya zamanı effektiv təsir edir.

Orqanizmdə B 12 çatışmazlığı anemiya ilə bağlı olur. İnsan düzgün qidalanmadıqda B12 çatışmır. B 12 daha çox ət məhsullarında, qaraciyərdə olur.

B 12 iynəsi və ya preparatını həkim təyin edir, günün birinci yarısı olunmalıdır.

Profilaktika məqsədilə B qripla zəngin qidalar yeyilməlidir.

Bu vitaminin əskikliyini dəmir, B12 və ferritin analizi ilə təyin etmək olur.

Daha çox ət və zülal tərkibli qidalar yeməyənlərdə əskik olur.