Ölkə

“Yaralanan hərbçilərimizə sülhməramlıların yardım göstərməsi xəbəri yalandır” – “Bu, riyakarlıqdır”

“Yaralanan hərbçilərimizə sülhməramlıların yardım göstərməsi xəbəri yalandır” – “Bu, riyakarlıqdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

“Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların “pasport və viza” xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyildir.

Təəssüf hissi ilə qeyd edirik ki, martın 6-da Rusiya Federasiyası Müdafiə Nazirliyi dünən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktları təhrif etmiş və həqiqəti əks etdirməyən məlumat yaymışdır” –  deyə, nazirlikdən vurğulanıb.