Qarabağ

  “Yarasa” erməni xüsusi təyinatlılarının başına hansı oyun açıb – Van Ambartsumyandan Şuşa əməliyyatı etirafı

“Yarasa” erməni xüsusi təyinatlılarının başına hansı oyun açıb – Van Ambartsumyandan Şuşa əməliyyatı etirafıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibənin aktiv mərhələsinin bitməsindən, Şuşanın qaytarılmasından 8 ay keçməsinə baxmayaraq, ermənilər hələ də məğlubiyyəti həzm edə bilmirlər. Erməni KİV-ləri, Telegram kanalları hər gün yeni uydurma xəbərlərlə çıxış edərək, şəhərin təhvil verildiyi, erməni “şirlərinin” azərbaycanlılarla deyil, türk xüsusi təyinatlıları, suriyalı türkmanlar və əfqanlarla döyüşdükləri barədə əfsanələr düzəldirlər.

Amma onların uydurma naminə qurduqları bu oyunlar bəzən özlərinin də əleyhinə işləyir. Məsələn, dünən ermənilərin populyar “SisMasis” Telegram kanalında təşkil edilən diskussiya biabırçılıqla başa çatıb.

EDNew.net-in məlumatlına görə, diskussiyaya dəvət edilən Van Ambartsumyan adlı tanınmış hərbi ekspert indiyə kimi iddia edilən “Şuşa döyüşsüz təhvil verildi” iddiasını yerlə bir edib. O, Samvel adlı aparıcının “Axı Şuşada döyüş olmayıb” iddiasına belə cavab verib: “Səhər tezdən döyüş gedən günü xatırlayıram. Necə döyüş olmayıb? Tankı vurmuşdular və onun top qülləsi partlayaraq 20 metr aralıya düşmüşdü. Döyüş olub, bu faktdır. Əsgərlərdə hətta bəzilərinin başlarında güllə yaraları olub!”

Daha sonra V.Ambartsumyan Şuşanın necə ələ keçirildiyindən danışıb: “Azərbaycan Dövlət Təhlükəsizlik Qüvvələrinin Xüsusi Təyinatlı qrupu olan “Yarasa” bizim döyüşçülərin təminatını kəsdi. Bizim döyüşçülər isə gözləmirdilər ki, azərbaycanlılar keçilməz hesab olunan sıldırım qayalardan hücum edəcəklər. Panika vardı, erməni qüvvələri nə edəcəklərini bilmirdilər, başıpozuqluq yaranmışdı!”

Hərbi ekspert Azərbaycan xüsusi təyinatlı qüvvələrini tərifləməkdən belə, çəkinməyib: “Mən həqiqəti deməyi sevirəm. Azərbaycan Silahlı Qüvvələrinin unikal piyada qoşunları var. Əgər siz də həqiqəti bilmək istəyirsinizsə, deyim. Mən ekspert kimi danışıram, millətindən və dinindən asılı olmayaraq, deməliyəm ki, onların super xüsusi təyinatlıları var. Onlar Kanadadan, İtaliyadan və hətta Fransadan ən müasir avtomatlar alıblar.

Məsələn, “Yarasa” bütün dünya miqyasında unikal qoşun növüdür. Onlar müharibədən 12 saat əvvəl arxamıza keçərək, ordunun təminatını kəsdilər. “Yarasa” qrupunun döyüşçüləri erməni forması geymişdi və heç kim bunu başa düşmədi. “Yarasa” Şuşa istiqamətində hansı oyunlardan çıxmadı ki? Onlar Ermənistan xüsusi təyinatlılarının ovuna çıxmışdılar. Xüsusi təyinatlılarımıza qarşı unikal, təkrar edirəm, unikal əməliyyatlar keçirirdilər”.

Nəhayət, aparıcıların dəfələrlə müdaxilə etməsinə, onun sözünü kəsməsinə, onu yalançılıqda ittiham etmələrinə dözməyən Ambartsumyan Azərbaycan xüsusi təyinatlılarına alpinizm dərsləri keçirildiyi ilə bağlı videofaktı təqdim edəcəyini bildirib.

P.S. Erməni Telegram kanalı Van Ambartsumyanı yalan danışmaqda ittiham edərək, onunla aparılan diskussiyanı silib (Amma səs yazısı əlimizdə var).

P.P.S. Hərbi ekspert onu da əlavə edib ki, vəziyyətin kəskinləşməsi qorxusu var. Azərbaycan hazırda sərhədə zərbə qruplaşması toplayır. O, 44 günlük müharibədən öncə də belə bir xəbərdarlıqla çıxış etdiyini, lakin sözlərinə məhəl qoyulmadığını bildirib…