Ölkə

“Yeni Müsavat”ın baş redaktoru istefa verdi – “Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan”

“Yeni Müsavat”ın baş redaktoru istefa verdi – “Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan tutduğu vəzifədən istefa verib.

7Times.az  bildirir ki, bu barədə o, özü məlumat yayıb.

“ Bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır. Qalıb dirəşmək, üz-göz olmaq çıxış yolu deyil. Əksinə, bu, durumu daha da gərginləşdirir. Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan. Yanlış qərarların verilməsinin qarşısını ala bilmirsənsə, yapacaq bir şey qalmır – gedəcəksən. Əlverişiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur. Maddi itkilərə rəğmən imtina edə bilmək və zamanında çəkilmək insanı ərdəmli qılar, hörmətli tutar. Ən əsas, öz gözündə yüksəldər.Bir müddət istirahət edəcəm. Sonrasına sonra baxacağıq”, deyə A.Ayxan qeyd edib.

 

Xatırladaq ki, Azər Ayxan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun qardaşıdır.