Manşet

İrəvan Bakını Putinin hərbi blokuna ŞİKAYƏT EDƏCƏK

“KTMT-ya lazım olan bütün sənədləri təqdim edəcəyik”.

İrəvan Bakını Putinin hərbi blokuna ŞİKAYƏT EDƏCƏKbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun zərbələri qarşısında aciz qalan Ermənistan yeni təxribata əl atıb. Belə ki, rəsmi Yerevan Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına şikayət etməyi düşünür.

7times.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Artsrun Ovannisyan bildirib.

O, hərbi bloka şikayət edərkən Azərbaycan pilotsuz təyyarələrinin Ermənistanın hava məkanını pozmasını əsas gətirəcəklərini deyib.

“KTMT-ya lazım olan bütün sənədləri təqdim edəcəyik” – deyə açıqlamada deyilir.

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus, Ermənistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan üzvdür. modern.az