Gündəm

Yol polisindən daha bir sürücünün avtomobili arxa-arxaya sürməsinə REAKSİYA – YENİLƏNİB/VİDEO

Yol polisindən daha bir sürücünün avtomobili arxa-arxaya sürməsinə REAKSİYA – YENİLƏNİB/VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DYP şəhərin mərkəzində nəqliyyat vasitələrinin axını istiqamətində, nəqliyyat vasitəsini geriyə idarə edən sürücü ilə bağlı məsələyə münasibət bildirib.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli BAKU.WS-a bildirib ki, video görüntüdən məlumatlıdırlar: “Məsələ araşdırılır. Qanuni tədbir görüləcək”.

***09.39

Bakıda daha bir sürücü avtomobili arxa-arxaya sürərək təhlükəli şərait yaradıb.

7Times.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, 24-BD-091 dövlət nömrə nişanlı avtomobilin sürücüsü nəqliyyatı “20 Yanvar” metrosu yaxınlığındakı tuneldə geriyə sürüb.

Xatırladaq ki, bir neçə gün öncə Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında yolda hərəkət istiqamətində “Volkswagen Touareg” markalı avtomobil qarşısında DYP avtomobilini görüncə geriyə doğru hərəkət etməyə başlayıb.