Manşet

Yoluxma artmaqda davam edir – 2 nəfər öldü

Yoluxma artmaqda davam edir – 2 nəfər öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 136 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 337098nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330725 nəfər müalicə olunaraq sağalıb, 4984 nəfər vəfat edib, aktiv xəstə sayı 1189 nəfərdir.

Ölkədə son sutka ərzində 10463 hazırkı dövrədək isə 3842136 test aparılıb.