Manşet

Yoluxma azaldı – 5 nəfər öldü

Yoluxma azaldı – 5 nəfər öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma (dünən 176) faktı qeydə alınıb, 378 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 334288 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 325418 nəfər müalicə olunaraq sağalıb, 4926 nəfər vəfat edib, aktiv xəstə sayı 3944 nəfərdir.

Ölkədə son sutka ərzində 8834, hazırkı dövrədək isə 3532472 test aparılıb.