Aktual

“Yüzlərlə erməni meyitini geri qaytarsaq, təsəvvür edin ki, bu hansı effekti verəcək” – Polkovnik

"Qırmızı Xaç Komitəsinin vasitəsilə qaytarılan meyitləri artıq gizlətmək, tədricən elan etmək mümkün olmayacaq".

“Yüzlərlə erməni meyitini geri qaytarsaq, təsəvvür edin ki, bu hansı effekti verəcək” – Polkovnikbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gəncədə raketin məhz mərkəzə, əhalinin sıx yaşadığı yerə atılması Ermənistan rəhbərliyinin xain və çirkin niyyətini bir daha göstərmiş oldu”.

7times.az xəbər verir ki, bu barədə ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib. Onun sözlərinə görə, düşmən ordusunun hər ötən gün daha çox yaşayış məntəqələrini nişan almasında məqsəd itirdikləri mövqeləri və ölü sayını ört-basdır etməkdir: “Bu günlərdə Ermənistan hərbçilərinin hər dəfə geri çəkildikcə daha çox mülki insanlardan qisas almaq cəhdlərini müşahidə etdik. Amma indi bu xain Gəncə hücumunu humanitar atəşkəs elan olunmasının fonunda gördük. Özü də tək Gəncə deyil, Mingəçevir də hədəf seçilmişdi. Məncə, Gəncədəki insan itkilərinə səbəb olan xain hücumda bir neçə məqsəd var. Birincisi, bu, Ermənistan rəhbərliyinin daxili auditoriyaya hesablanmış iyrənc addımı idi. Məqsəd budur- xalqa göstərsinlər ki, “bizim ordumuz güclüdür, hətta Gəncəni vururuq, geri də çəkilmirik”. Ümumiyyətlə şəhər və rayonlarımızı vurmaqla erməni cəmiyyətində ruh yüksəkliyi yaratmağa çalışırlar. Digər məqsədləri isə vətəndaşlarımızı qorxu içində saxlamaqdır. Bunlar panika yaratmaq və ölkəmizdə daxili köç yaratmağa cəhdlərdir. Amma unudurlar ki, indi 90-cı illər deyil. Artıq güclü və nizamlı ordumuz var və istənilən hücum ikiqat cavabla yekunlaşır. Gəncəyə xain hücumlarına görə də layiqli cavablarını alacaqlar”.

Şair Ramaldanov raket zərbəsinin niyə məhz gecə saatlarında baş tutmasına da aydınlıq gətirib:

“O ki qaldı bu əməliyyatın niyə məhz gecə saat 2-də reallaşdırılmasına, biz hansısa humanist hissləri saxlamış millətə qarşı yox, məhz heç bir dəyər tanımayan ermənilərə qarşı vuruşuruq. Onlar bilirlər ki, gecə saatlarında vurulan binalarda itki daha çox olacaq. Çünki həmin saatda hər kəs öz doğma evində yuxuda olur. Bu da itkilərin çox olmasına hesablanmışdı. Erməni rəhbərlərin bu hücumda digər məqsədləri də var. Bilirsiniz ki, hazırkı atəşkəs humanitar xarakterlidir. Döyüş meydanında ölən hərbçilərin, əsirlərin dəyişdirilməsi prosesi gedir. Düzünü desək, bizim verəcəklərimiz daha çoxdur. Alacağımız isə yoxdur. Olsa da, çox az saydadır. Əlbəttə, biz də hazırda istəyirik ki, həmin düşmən cəsədlərini qaytaraq. Niyə? Çünki bu bir tərəfdən beynəlxalq aləmə humanist addım kimi təqdim ediləcək, digər tərəfdən isə Paşinyan hakimiyyətinin yalan maşını sınacaq. Onlar bilirlər ki, bu qədər iylənmiş meyitləri qısa zamanda geri qayıtsa, cəmiyyətdə ciddi ajiotaj yaranacaq. Hələlik müharibə davam etdiyi üçün Ermənistanda valideynlər övladlarından xəbərsizdirlər. Çox adam orduda olan yaxını ilə əlaqə saxlaya bilmir, insanları hərbi sirr adıyla məlumatsız saxlayırlar. Belə bir mənzərənin fonunda birdən-birə humanitar atəşkəslə əlimizdə olan yüzlərlə erməni meyitini geri qaytarsaq, təsəvvür edin ki, bu hansı effekti verəcək.

Çünki əsir və meyit mübadiləsi Qırmızı Xaç Komitəsinin vasitəsilə baş tutur. Onların əliylə qaytarılan meyitləri artıq gizlətmək, tədricən elan etmək mümkün olmayacaq. Hamısı siyahıya alınacaq və bu statistika əlacsız elan olunacaq. Bu isə o deməkdir ki, Ermənistan daxilində ciddi sarsıntılar yaranacaq. Əli avtomatla ən müasir hərbi dronlara, tanklara qarşı döyüşə göndərilən 19 yaşlı əsgərlərin valideynləri, ölmüş hərbçilərin yaxınları nifrət hissi ilə etiraz aksiyalarına qalxacaqlar. Bundan qorxan Ermənistan rəhbərliyi istəyir ki, humanitar missiyanı pozsun. Atəşkəsin bu formada pozulması həmin qorxuya hesablanıb. Mütəmadi şəkildə aktiv döyüş əməliyyatlarını aparan erməni ordusu çalışır göstərsin ki, Qırmızı Xaç Komitəsi bu humanitar aksiyanı yerinə yetirə bilməyəcək”.

Polkovnik hesab edir ki, Azərbaycan cəmiyyəti atəşkəsdə Gəncəyə olan gecə hücumundan təəccüblənmədi. Çünki xalqımız 90-cı illərdə bundan da xain hücumlar görüb: “Xocalı hadisələrindən sonra Zori Balayan öz yazılarında, əsərlərində fəxrlə qoca, qadın və uşaqlarımızın başına gətirilən hadisələr haqqında danışmışdı. Yəni bununla da biz bu xalqın “ziyalısından” tutmuş hərbçisinə qədər hansı xislətə malik olduğunu gördük. İndi zaman keçsə də, hazırkı hərbi-terrorçu rəhbərlik də sübut etdi ki, uşaqların öldürülməsi onlar üçün əsas hədəfdir. Paşinyan iqtidarından kütləvi qırğına səbəb olacaq addımları belə gözləmək olar. Ona görə də düşünürəm ki, Azərbaycan Ordusu işğalçıların son addımlarının cavabını layiqincə verəcək. Qisas həmişə alınıb, ordumuz bu gecə baş verənlərin üstündən elə-belə keçməyəcək”.Azvision