Aktual

Zabuxdan çıxan ermənilər evləri yandırmağa başladı VİDEO

Zabuxdan çıxan ermənilər evləri yandırmağa başladı-VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ərazisində daha bir erməni vandallığı baş verib.

Lent.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşan erməni sakin yaşadığı evə od vurub.

O, “evin türklərə qalmaması” üçün bu addımı atdığını deyir.

Laçın rayonunun işğalından sonra kəndə köçən erməni sakin təxribatçı addımını avqustun 25-də kəndin Azərbaycanın nəzarətinə qayıtması ilə izah edib.

Xatırladaq ki, ermənilər 2020-ci ildə 44 günlük müharibə zamanı da analoji şəkildə Azərbaycanın ərazisində olan evlərə və infrastruktura bilərəkdən zərər vurub.