Ölkə

Zakir Həsənov səkkiz nəfərin Kəlbəcərdə minaya düşməsindən DANIŞDI

Zakir Həsənov səkkiz nəfərin Kəlbəcərdə minaya düşməsindən DANIŞDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Milli Assambleyasının üzvü Lii Hunseunqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqları salamlayan nazir Koreya ilə hərbi əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirdiyini qeyd edib.
General-polkovnik Z.Həsənov erməni hərbi birləşmələri tərəfindən hər hansı hərbi zərurətin olmadığı halda insanları öldürmək məqsədilə Kəlbəcər rayonunun Çıraq kəndində basdırdığı mina partlayışı nəticəsində bir hərbi qulluqçumuzun şəhid olması və dördü mülki vətəndaş olmaqla 7 nəfərin xəsarət alması ilə bağlı koreyalı nümayəndə heyətini məlumatlandırıb.
Görüşdə həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.