Aktual

Zaporojyenin işğalçı hakimiyyəti vilayətin Rusiya Federasiyasına birləşəcəyi tarixi açıqladı…

Zaporojyenin işğalçı hakimiyyəti vilayətin Rusiya Federasiyasına birləşəcəyi tarixi açıqladı…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Donbas sakinlərinə hakimiyyəti necə seçməyi öyrədəcək…”

“Rusiyaya birləşmək barədə referendum Kremldə deyil, region sakinlərinin özləri tərəfindən keçirilə bilər…”
Ukraynanın işğal edilən ərazilərində sakinlər tezliklə Rusiyaya qovuşmaq arzusundadır?..
Ukraynanın işğal edilmiş Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi barədə referenduma hazırlıq gedir
Zaporojye vilayətinin Rusiya Federasiyasının tərkibinə qatılması üzrə referendum payızın əvvəlində keçiriləcək.
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın nəzarəti altında olan əraziləri idarə edən hərbi administrasiyasının rəhbəri Vladimir Balitski bəyan edib.
O, dəqiqləşdirib ki, səsvermənin keçirilməsi qaydası və bülleten forması yaxın 2-3 günə işlənib hazırlanacaq.
Güman edilən tarix sentyabrın birinci yarısıdır.
Vilayət administrasiyasının üzdəniraq şurası üzvünün sözlərinə görə, vilayətin əhalisi referendumun tez bir zamanda keçirilməsini tələb edir.
“Bütün görüşlərdə insanlar referendumun nə zaman keçirilməsi, nədən onun uzadılması barədə soruşur, deyirlər ki, biz tez bir zamanda Rusiyaya qovuşmaq istəyirik”, – o, məlumat verib.
İyunun 29-da məlum olub ki, Ukraynanın hazırda rusiyalı hərbçilərinin nəzarətində olan Xerson vilayətində “öz müqəddəratının təyini barədə referünduma” hazırlıq gedir.
Qeyd edək ki, Rusiya rəhbərliyi son zamanlar “xüsusi əməliyyat”haqqında danışarkən yalnız Donbasın üzdəniraq “respublikalarının “azad edilməsi”ni nəzərdə tutur.
Lakin iyunun 1-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Donetsk və Luqansk “xalq respublikaları”, habelə Ukraynanın Xerson və Zaporojye vilayətlərinin gələcəyi ilə bağlı qərarlar bu “dövlətlər” və region sakinlərinin özləri tərəfindən qəbul ediləcək.
Sonradan Peskov izah edib ki, referendumlar barədə qərarlar Kremldə qəbul edilməməlidir, bunun üçün “müvadiq şərait lazımdır”.
Ukrayna əmindir ki, bu plebissitlərin nəticələri, heç şübhəsiz, saxtalaşdırılacaq. Rusiya Donbas “respublikalarına” hakimiyyəti necə “seçməyi” öyrədəcək.
Sentyabrın 11-də Rusiyada vahid seçki günü olacaq. Rusiya Federasiyasının vətəndaşları vilayət qubernatorlarını, inzibati mərkəzlərin nümayəndələrini, qanunverici orqanların deputatlarını seçəcək.
Elə həmin gün Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi barədə referendum keçirilə bilər.