Ölkə

Zəfər Günü iş günü hesab olunmayan bayram günü olacaq

Zəfər Günü iş günü hesab olunmayan bayram günü olacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiq edib.

7times.az xəbər verir ki, dəyişikliyə əsasən Azərbaycanda 8 noyabr Zəfər Günü qeyri-iş günü olacaq.

Digər dəyişikliyə əsasən, hər il sentyabrın 27-si – Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür.