Aktual

Zelenski Almaniya prezidentini Ukraynaya buraxmadı

Zelenski Almaniya prezidentini Ukraynaya buraxmadıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Almaniya prezidenti Valter Steynmerin digər Avropa liderləri ilə birgə Ukraynaya səfərə gəlməsini istəməyib.

Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Almaniyanın “Bild” qəzetinin məlumatına görə, Polşada olan Steynmer Latviya, Litva, Estoniya və Polşa liderləri ilə birgə Ukraynaya səfərə getmək istəyirmiş. Ancaq onun görüş üçün xahişi Zelenski tərəfindən rədd edilib.

Qəzet bunun səbəbini Steynmerin aid olduğu Almaniya Sosial Demokratlarının Rusiya Xarici işlər naziri Sergey Lavrova keçmişdəki yaxınlığı və prezidentin Almaniya-Rusiya iqtisadi əlaqələrinin müdafiəçisi olmağı ilə əlaqələndirib.

“Biz hamımız Steynmerin Rusiyaya yaxın bağlılığından xəbərdarıq, bu, Steynmer formulasında da görünürdü. Kiyevdə onu indi heç kim görmək istəmir. Bunun bir gün dəyişib-dəyişməyəcəyini görəcəyik”, – anonim Ukrayna rəsmisi “Bild” qəzetinə açıqlamasında deyib.

“Steynmer formulası” 2016-ci ildə xarici işlər naziri olan Valter Steynmer tərəfindən irəli sürülmüş Ukrayna-Rusiya sülh danışıqlarına verilmiş addır. Bu təklifə əsasən, separatçı bölgələrdə, Ukrayna qanunvericiliyinə əsasən, seçkilərin keçirilməsi nəzərdə tutulurdu.

Ukraynaya Avropanın həmrəylik mesajını verməyə getmək istədiyini bildirən Steynmer Kiyevdə arzu olunmadığını bildirib.

O, Şimal Axını-2 lahiyəsini dəstəkləməsinin də tamamilə yalnış olduğunu etiraf edib.(qaynarinfo.az)