Aktual

Zelenski Baydendən GÖRÜN NƏ İSTƏDİ – Rusiyanın beli qırılır

Zelenski Baydendən GÖRÜN NƏ İSTƏDİ – Rusiyanın beli qırılırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski Baydendən “ən güclü silah”ı istədi – Bu addım atılsa Rusiya…

“Vaşinqton Post” qəzeti Ukrayna Prezidenti Volodimir Zelenskinin amerikalı həmkarı Co Baydendən Rusiyanın “Terrorizmi dəstəkləyən ölkələr” siyahısına daxil edilməsini xahiş etdiyini yazıb.

Hazırda ABŞ-ın siyahısında 4 ölkə var: Kuba, İran, Suriya və Şimali Koreya.

Qəzetin məlumatına görə, Zelenskinin istəyi iki lider arasında son telefon danışığı zamanı gündəmə gəlib.

Nəşr bildirib ki, Co Bayden bu məsələdə qəti öhdəlik götürməkdən çəkinib.

Zelenskinin Baydendən tələb etdiyi addım ABŞ-ın əlində olan “ən güclü sanksiya silahı” kimi tanınır. Siyahıdakı ölkələrlə ticarət edən ölkələr də sərt sanksiyalarla üzləşə bilər.