Aktual

Zelenski ordu komandanına əsəbləşdi: “Mənsiz qərar qəbul etməyin”

Zelenski ordu komandanına əsəbləşdi: “Mənsiz qərar qəbul etməyin”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Zelenski ilə Rusiya hücumlarına müqavimət göstərməyə davam edən ordunun fikirləri toqquşub.

Sfera.az bildirir ki, bu barədə “Newsweek”də məlumat dərc olunub. Qeyd edilib ki, buna səbəb Ukrayna Silahlı Qüvvələrinin elan etdiyi yeni qərardır. Belə ki, qurum əsgərlər, ehtiyatda olanlar və hərbi xidmət keçməli olan digər şəxslər üçün yeni məhdudiyyətlərin qüvvəyə minəcəyini bəyan edib.

 

“Hörmətli vətəndaşlar, əsgərlər və hərbi xidmətə məsul şəxslər! Xatırladıram ki, müharibə davam edir. Ölkənizin sizə ehtiyacı var. Hələ qeydiyyatdan keçməmiş və ya hərbi xidmət müddətini uzatmamış hər kəs bunu etməlidir. Rayonlarını tərk etməyi planlaşdıranlar işə qəbul və sosial dəstək mərkəzindən icazə almalıdırlar”, deyə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujni ictimaiyyətə müraciət ünvanlayıb.

Главком ВСУ Залужный провел встречу с военными атташе стран ЕС и НАТО —  EADaily — Новости. Новости сегодня. Новости дня. Последние новости. Россия.  Новости России. Россия новости. Россия сегодня. Залужный. Залужный новости.

Rəsmi açıqlamada bu şəxslərin yaşayış yerlərini tərk etmələrinin qadağan olunduğu vurğulanıb. Bir çox ukraynalı sosial şəbəkədəki paylaşımları ilə buna reaksiya verib. Ordunun verdiyi qərardan xəbərsiz olduğunu deyən Zelenski isə kameralar qarşısında bu qərarı tənqid edib.

Xalq qarşısında çıxış edən Zelenskinin əsəbiləşdiyi görünüb və  Ukrayna lideri onunla məsləhətləşmədən qəbul edilən bu qərarın “çoxlu müzakirələrə” səbəb olduğunu bildirib:

 

“Cəmiyyətdə anlaşılmazlıq, hətta qəzəb var. Mən ictimaiyyətə söz verirəm ki, bunu araşdıracam. Baş Qərargahdan xahiş edirəm ki, gələcəkdə mənsiz belə qərarlar qəbul etməsin”.