Aktual

Zelenskinin “Gangnam Style” parodiyası yenidən trend oldu (VİDEO)

Zelenskinin “Gangnam Style” parodiyası yenidən trend oldu (VİDEO)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Prezidenti Volodomir Zelenskinin təxminən 10 il əvvəl Psy-ni parodiya etdiyi video yenidən “TikTok”da trend olub. 

Qaynarinfo xəbər verir ki, Gemma adlı “TikTok” istifadəçisinin paylaşdığı video minlərlə dəfə izlənilib. Videoya çox sayda şərh yazılıb. Bir istifadəçi “bu adamın etdiyi hər şey gözəldir”, digəri isə “planetin ən yaxşı lideri” deyə şərhlər yazıb.

Başqa bir istifadəçi Zelenskiyə heyranlığını ifadə edərək, “bu oğlan inanılmazdır”, digəri isə “Həyatımda gördüyüm ən yaxşı şey. Nöqtə” deyə qeyd edib.

Keçmiş komediyaçı olan Ukrayna Prezidenti çəkildiyi reklam çarxında məşhur K-pop rəqsinin hərəkətlərini təkrarlayıb.

“We Got This Covered”in hesabatına görə, “Djuice Style” adlı videoda Zelenski və “Kvartal95” komediya qrupunun üzvləri yer alıb.
Mədəniyyət-sənət və jurnal məzmunu ilə tanınan xəbər saytı qeyd edib ki, sözügedən video Ukraynanın “Djuice” şirkəti üçün təxminən 10 il əvvəl hazırlanıb.
Reklam çarxında orijinal K-pop musiqi videosundan məşhur lift, at tövləsi və sauna səhnələri var. Zelenski də Psy-nin klipində geyindiyi kimi mavi rəng kostyum geyinib.
Qeyd edək ki, 2012-ci ildə bütün dünyada böyük populyarlıq qazanan Gangnam Style YouTube-da bir milyard baxışı keçən ilk video olub.