Manşet

Zəngilanda erməni təxribatı olub? – Dövlət Sərhəd Xidməti məlumat yaydı

Zəngilanda erməni təxribatı olub? – Dövlət Sərhəd Xidməti məlumat YAYDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb.

Bununla əlaqədar Dövlət Sərhəd Xidmətindən 7times.az-a bildirilib ki, belə məlumatlar həqiqəti əks etdirmir:

“Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır”.