Haqqımızda

Biz kimik?

Günümüzdə yaşanan hadisələr, baş verən dəyişikliklər insanların dəqiq və operativ informasiyaya nə qədər ehtiyacı olduğundan xəbər verir. İnformasiyanın bu qədər önəm daşıdığı bir vaxtda çıxdığımız yol məqsədimizi şərhsiz ortaya qoyur. Məramımız oxuculara aktual, doğru və operativ xəbər ötürməkdir. “7Times” Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır. Hər birinizi əmin edirik ki, sizə lazım olan, gündəlik həyatınıza birbaşa təsiri olan məlumatları bizdən əldə edə bilərsiz. Bir sözlə, 7Times portalında özünüzü görəcəksiz.

Oxucularla təmasımız bununla bitmir. Komandamız yalnız tanıyıb bildiyimiz işçi heyətindən ibarət deyil. Hər bir oxucumuz bizimlə birgə missiyamıza qoşula bilər. Siz də ailəmizin üzvü olmaq istəyirsizsə, qarşılaşdığınız hadisələrlə bağlı bizə məlumat verib saytda yayımlanmasına vasitəçi ola bilərsiniz.

“7Times” xəbər agentliyinin təsisçisi və baş redaktoru Cəlal Fərzəliyev


Tanıtım çarxı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki