İdman

“Qarabağ” yayım hüququnu “İdman TV”-dən aldı

“Qarabağ” yayım hüququnu “İdman TV”-dən aldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın UEFA Avropa Liqasının “Olimpiya” ilə cavab oyununu “CBC Sport” kanalı yayımlayacaq.

Fanat.Az xəbər verir ki, bazar günü axşamdan etibarən yayımla bağlı anons edilir.

Sadəcə, bunu oyunu televiziya vasitəsilə izləmək istəyənlərin diqqətinə çatdırmaq istəyirik ki,yenə “İdman TV”-nin güdazına gedib matçı qaçırmasınlar. Əslində, Bakıdakı görüşü “İdman TV” göstərməliydi. Hətta matç kanalın proqramına da daxil edilmişdi. Ancaq Sloveniyadakı oyunun yayımının baş tutmaması, daha doğrusu, kanalın “siqnal”ı yalnız 70-ci dəqiqədən sonra alıb yayıma qoşulmasını nəzərə alan “Qarabağ” buna biganə qalmayıb. Ağdam klubu yayımı “CBC Sport”a verib.

Qeyd edək ki, “Qarabağ” – “Olimpiya” oyunu 31 avqustda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.