Ölkə

İcra başçısının məhkəməyə verdiyi vətəndaş bəraət aldı – REPORTAJ

İcra başçısının məhkəməyə verdiyi vətəndaş bəraət aldı – REPORTAJbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabran Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında məhkəməyə verdiyi vətəndaş Vüsal Muradov bəraət alıb.

​Xaçmaz Rayon Məhkəməsində hakimi Samir Bayramovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsi ilə təqsirləndirilən Vüsal Tofiq oğlu Muradov haqqında bəraət hkmü çıxarılıb. Məhkəmə vətəndaşın əməlində cinayət tərkibinin olmadığına qarar verib.

​Qeyd edək ki, Şabran rayonunun Uzunboyad kənd sakini, özəl toxumçuluq təsərrüfatının sahibi olan Vüsal Muradov ötən ilin iyun ayında redaksiyamıza müraciət edərək icra başçısı Asif Hüseynovun onların təsərrüfatından 15 ton toxumluq arpa götürdüyünü, lakin dəyərini ödəmədiyini bildirmişdi. Hazırlanan reportaj yayımlandıqdan sonra icra başçısı vətəndaşın ona şər-böhtan atdığını iddia edərək məhkəməyə müraciət etmişdi.

Lakin məhkəmə prosesində müdafiə tərəfinin təqdim etdiyi mühüm sübut və dəlillər əsasında xüsusi ittihamçının iddiaları təkzib olunmuşdur.